Ailəsinə hirslənib evini yandırdı

 23:04 27.06.2022     672

Ucarda fərdi yaşayış evi yanıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qazyan kəndində baş verib.

Kənd sakini, 82 yaşlı Ağahüseyn Qəniyevə məxsus 2 mərtəbəli, 6 otaqdan ibarət, ümumi sahəsi 230 kvadratmetr olan evdə güclü yanğın baş verib. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamı ilə yanıb.

Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Məlumata görə, yanğın ailə münaqişəsi zamanı ev sahibi tərəfindən törədilib.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən