Ginekoloqun intiharı ilə bağlı  yeni detallar

 17:12 28.06.2022     666

Bakıda özünü yaşadığı binanın 11-ci mərtəbəsindən ataraq intihar edən tanınmış həkim Xalidə Kəngərli barədə yeni detallar məlum olub.

Redaktor.az  xəbər verir ki, ginekoloq-həkim X.Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub.

O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.

X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb. 

Həkim bu gün dəfn olunub (oxu.az).

Vumart və Güvən reklamı Vumart Güvən