Goranboyda ağır yol qəzası - Ölən var

 08:18 29.06.2022     809

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Goran-Borsunlu yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq xəsarət alan 1972-ci il təvəllüdlü Kənan Kərimov dünyasını dəyişib. Digər yaralının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb (report). 

Vumart və Güvən reklamı Vumart Güvən