Zaqatalada külək məktəbin dam örtüyünü uçurdu, sinif otaqlarını su basdı

 11:18 29.06.2022     599

Zaqatala rayonunda külək məktəbin dam örtüyünü uçurub.

Redaktor.az xəbər verir ki, bu gün səhər saatlarında Zaqatala rayonu ərazisində əsən güclü külək nəticəsində Yuxarı Çardaqlar kənd tam orta məktəbinin dam örtüyü uçub.

Məktəbin bəzi sinif otaqları yağan yağış nəticəsində su ilə dolub.

Qeyd edək ki, külək rayonun Muxax kəndində fərdi yaşayış evinin də dam örtüyünü uçurub (report).

Vumart və Güvən reklamı Vumart Güvən