"Hunday"la "07" toqquşdu - Ölən var

 19:20 29.06.2022     421

Cəlilabadda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Hunday” markalı minik avtomobili ilə “VAZ 2107“ markalı minik avtomobili toqquşub.

Nəticədə Sabirabad kənd sakinləri, 1997-ci il təvəllüdlü Əliyev Ramal Natiq oğlu, 2004-cü il təvəllüdlü Abbasov Aslan Fikrət oğlu ağır xəsarət alıb. Sabirabad kənd sakini, 2004-cü il təvəllüdlü Məmmədov Dünyamalı İslam oğlu hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (report.az).