Azərbaycanlı qadın Rusiyada azyaşlı uşaqları ilə intihar etdi - - FOTO
Rusiyanın Volqoqrad şəhərində yaşayış binasının qarşısında bir qadının və iki övladının cəsədi aşkar olunub.
Redaktor.az xəbər verir ki, qadının öz uşaqları ilə birgə 16-cı mərtəbədən özünü ataraq intihar etdiyi iddia edilir.
Qonşuların sözlərinə görə, intihar edən qadının 32, qızlarının birinin 7, digərinin isə 5 yaşı olub.
Qadının Azərbaycan əsilli Rusiya vətəndaşı olduğu bildirilir. Bununla yanaşı, ailənin soyadının Çunayev olduğu qeyd olunub.
Hazırda faktla bağlı araşdırma aparılır (qafqazinfo).