Tanınmış vəkil dələduzluqda təqsirləndirilir

 09:13 01.07.2022     333

Azərbaycanda dələduzluqda təqsirləndirli bilinib həbs edilən tanınmış vəkil Vüqar Səfərlinin barəsindəki istintaq başa çatıb.

Redaktor.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakıda körpüdə qəza olub, sıxlıq yaranıbŞamaxıda qəzaya düşənlər 279 saylı məktəbin müəllim və şagirdləridirDünən yol qəzalarında 2 nəfər ölüb.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

İş üzrə 17 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzluqda ittiham olunur.

O, bir neçə vətəndaşın etimadından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloqer Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurulduğu bildirilir.

Vüqar Səfərli bu əməlləri ilə bağlı Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.