Türkiyədəki sürüşmədə azərbaycanlı sürücü həlak oldu - VİDEO

 10:59 01.07.2022     634

Türkiyənin Artvin bölgəsində güclü yağışlar sürüşməyə səbəb olub.

Redaktor.az İHA-ya istinadən xəbər verir ki, Kamalpaşa rayonunda qaya parçaları və torpaq dağdan sürüşərək magistral yola tökülüb. Torpaq uçqunu zamanı azərbaycanlı sürücü həlak olub.

Bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasından (ABADA) bildirilib.

Qeyd edilib ki, uçqun nəticəsində Türkiyə vətəndaşları olan daha iki TIR sürücüsü xəsarət alıb: “Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”.

Sürüşmə nəticəsində Qara dəniz sahilində Türkiyə-Gürcüstan beynəlxalq magistralı (Sarp sərhəd-keçib məntəqəsinə gedən yol) ikitərəfli bağlanıb.

Bölgəyə xeyli sayda təcili yardım, xilasetmə qüvvələri cəlb olunub.

Qeyd edək ki, bundan əvvəl də bölgədə sürüşmələr baş verib.