Saxta pasport və vizalarla sərhədi keçməyə cəhd edənlər SAXLANILDI

 11:38 01.07.2022     551

Ötən ay dövlət sərhədində qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində saxtalaşdırılmış pasportla, Şengen vizaları və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərmiş 18 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd edilib.

 

Bildirilib ki, sərhəd rеjim qaydalarını pozduqlarına görə 646 nəfər saxlanılaraq barələrində qanuna müvafiq tədbirlər görülüb.