Mikroavtobusdan pul oğurlayan saxlanıldı

 13:58 02.07.2022     393

Şirvanda mikroavtobusdan 10 min manatdan çox pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes-Benz” markalı mikroavtobusdan 10 300 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır