Şəmkirdə qadın əri tərəfindən bıçaqlandı

 15:19 03.07.2022     396

Şəmkir sakini əri tərəfindən bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, Şəmkir şəhər, Məmmədəli Əhmədov küçəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyeva Talihə bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən