Səyavuş Aslanın oğlu mağazadan eynək oğurlayıb? - VİDEO

 16:16 04.07.2022     528

Daxili İşlər Nazirliyi (DİN) mərhum Xalq artisti Səyavuş Aslanın oğlunun Bakıda mağazaların birindən eynək oğurlanması ilə bağlı iddialara münasibət bildirib.

Redaktor.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov "oxu.az"a bildirib ki, mağaza sahibi baş verən oğurluq barədə polisə müraciət etməyib:

“Videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra obyektin sahibi Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə dəvət edilərək, hadisə barədə izahatı alınıb. Hazırda araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək”.

***

Bakıda mağazalardan birində oğurluq hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.

Görüntülərdə bir nəfərin mağazadan 150 AZN-lik eynəyi oğurlaması əksini tapıb.

Mağaza rəhbərliyinin iddiasına görə, eynəyi oğurlayan şəxs mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingizdir. 

Vumart və Güvən reklamı Vumart Güvən