Xırdalanda usta eyvandan yıxılıb öldü

 09:56 05.07.2022     609

Abşeronda usta faciəvi şəkildə ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən binaların birində qeydə alınıb.

 

Zaqatala rayon sakini, 1964-cü il təvəllüdlü İbrahim Həsənov ehtiyatsızlıqdan blokun eyvanında tikinti materialları daşıyarkən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən