Əlində balta metroda "trans" ovuna çıxdı - DİN axtarşa başladı
Bakı metrosunda əlibaltalı şəxs peyda olub.
Redaktor.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs cinsi azlıqları hədələyir.
“Qaşını, üzünü alan adam görsəm, balta ilə başın kəsməsəm adam deyiləm” - kimliyi məlum olmayan şəxs videoda deyir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a açıqlamasında sözügedən videodan xəbərdar olduqlarını və araşdırmalara başlandığını qeyd edib.
Həmin görüntüləri təqdim edirik:













