Əlibaltalı şəxsi metroya kim buraxıb? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, sosial şəbəkədə Bakı metrosunda əlibaltalı şəxsin videosu paylaşılıb.
Redaktor.az xəbər verir ki, video görüntüdə əlində sellofana bükülmüş balta ilə gəzən şəxs cinsi azlıqları hədələyir.
“Qaşını, üzünü alan adam görsəm, balta ilə başın kəsməsəm adam deyiləm” - kimliyi məlum olmayan şəxs videoda deyir.
Maraqlıdır, müasir texniki vasitələrlə qorunan, hər gün yarım milyona yaxın sərnişinin istifadə etdiyi, strateji obyekt hesab edilən metroya həmin şəxs balta ilə necə keçib?
Bu sualın cavabını Bakı Metropoliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə rəisi Bəxtiyar Məmmədovdan soruşduq.
"Bu mövzuda açıqlamanı yalnız Daxili İşlər Nazirliyi verəcək. Metro polisi DİN-in daxilindədir, yəni səlahiyyət sahibi onlardır. Bizə aid nəsə olsa, biz açıqlama verəcəyik",- deyə B.Məmmədov cavab verdi.
İLTİFAT













