Qəza keçirən taksilərdən üçü "Toyota Prius"dur
Bu gün Bakıda 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, hadisələrin hamısı taksi fəaliyyəti ilə məşğul olan maşınlar tərəfindən törədilib.
Maraqlıdır ki, qəzaların üçünə “Toyota Prius” markalı avtomobillərin sürücüləri səbəb olub.
Hadisələr zamanı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.













