Qubada 18 yaşlı gənc kanalda boğuldu
Quba rayonunda bədbəxt hadisə baş verib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Paşaoba kəndi ərazisində qeydə alınıb.
18 yaşlı kənd sakini Hicran Dadaşov Samur-Abşeron kanalında boğulub.
Onun meyiti sudan çıxarılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.













