Xaçmazda meşə yanır - VİDEO
Xaçmazda meşə massivində yanğın başlayıb.
Redaktor.az xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun kənarında meşəlik ərazidə qeydə alınıb.
Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub (apa).















