Xaçmaz-Xudat yolu yanğına görə bağlandı - İstirahət mərkəzinin əməkdaşları təxliyə olundu

 16:55 11.07.2022     646

Xaçmaz-Xudat avtomobil yolu bağlanıb. 

Redaktor.az xəbər verir ki, buna səbəb Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğın hadisəsidir. 

Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.

Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.

Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub(report.az).

2222