Xaçmazın 20 kəndi işıqsız qaldı
Xaçmaz rayonunun 20-dən artıq kəndi elektrik enerjisiz qalıb.
Redaktor.az xəbər verir ki, gündüz saatlarından etibarən rayonda baş verən yanğından sonra kəndlərdə hazırda elektirik enerjisi yoxdur.
Xaçmaz Elektrik Şəbəkəsinin rəisi Ruhin Məmmədov "Report"un yerli bürosuna bildirib ki, ərazidə RTS, Əhmədoba, Nərəcan və digər xətlərdə elektrik enerjisi yoxdur.
Qeyd olunub ki, yaranmış qəza ilə əlaqədar xətt gərginlikdən ayrılıb.
Qəzanın aradan qaldırılması üçün işlər aparılır, şəbəkənin birqadaları əraziyə səfərbər olunublar və yaxın vaxtlarda işlər tamamlanaraq, kəndlərin elektrik enerjisi bərpa olunacaq.













