Gəncədə güclü külək ağacı maşının üstünə aşırdı - FOTO

 15:30 12.07.2022     317

Güclü külək Gəncədə fəsad törədib.

Redaktor.az xəbər verir ki, bu gün günorta saatlarında əsən güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində iri gövdəli ağac" VAZ 2106" markalı avtomobilin üzərinə aşıb.

Nəticədə avtomobil yararsız hala düşüb. Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Hazırda qərb bölgəsində küləkli hava şəraiti davam edir (apa).