Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlandı

 10:45 13.07.2022     505

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Namik Kamalovu  saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun Nağıoba kəndi ərazisindəki meşə sahəsində  əkib yetişdirdiyi 1948  ədəd (ümumi çəkisi 375 kiloqram 100 qram) yaş vəziyyətdə  əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Kamalovun barəsində həbs qətimkan tədbiri seçilib.