Xaçmazda meşə yanğını söndürüldü 

 21:00 13.07.2022     602

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

İlkin hesablamalara əsasən, yanğın nəticəsində təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb. Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.