Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsinin intiharı barədə - RƏSMİ AÇIQLAMA

 10:21 14.07.2022     665

Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı intihar edib.

Redaktor.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisə iyulun 13-də qeydə alınıb.

"Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildirir ki, faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.