Məktəbli Kürdə batdı

 03:45 15.07.2022     853

Kür çayında bir nəfər batıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Salyan rayonunun Qaraçala kənd sakini, 12 yaşlı Abdullayev Əkbər Əhməd oğlu Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində boğulub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.