Qəzada xəsarət alan polis mayoru vəfat etdi

 09:00 15.07.2022     1639

Bir müddət öncə Göygöl rayon ərazisində avtomobil qəzası zamanı ağır xəsarət alan polis əməkdaşı müalicə aldığı xəstəxanada vəfat edib.

Redaktor.az xəbər verir ki, iyun ayında Göygöl rayon Hacıməlik kəndində idarə etdiyi avtomobilin aşması nəticəsində xəsarət alan, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru 1978-ci il təvəllüdlü Qubad Qasımov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır (report).