BDU-nun müəllimi vəfat etdi

 09:43 15.07.2022     974

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə onun həmkarları paylaşım edib.

Qeyd edək ki, Ayaz Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 2004-cü ildən BDU-da işləyib.