5 kq heroinlə tutulan şəxsə hakim CƏZA VERMƏDİ

 14:34 15.07.2022     266

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elvin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmdə qeyd olunub ki, Elvin Hüseynovun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı ilə məşğul olan Elvin Hüseynov saxlanılıb. Onda 5 kiloqram 10 qram heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzinin aşkarlandığı bildirilib.

Elvin Hüseynova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilib.