FHN batmaqda olan 11 nəfəri xilas edib

 22:47 16.07.2022     425

Batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub.

Redaktor.az bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Buzovna”, “Şüvəlan”, “Dübəndi”, “Şirvan”, “Astara”, “Yevlax” və “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib.