Salyanda yol qəzası can aldı

 02:33 17.07.2022     526

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun Xalac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qırxçıraq kənd sakini, 1997-ci il təvəllüdlü Baxışov Məhəmməd Adil oğlunun idarə etdiyi “Ford” markalı avtomobil hərəkətdə olarkən “Opel”lə toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü ölüb.

Faktla bağlı araşdırma aparılır.