Ətraf mühiti çirkləndirənlər cəzalandırıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildiriblər ki, keçirilən tədbirlər zamanı məişət tullantılarını hara gəldi atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.
Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə protokol tərtib edilib.