Polis maşını Kür çayına düşdü - Ölən var- YENİLƏNİB

 13:23 17.07.2022     1468

"Fiat" markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a bildirilib ki, meyit aidiyyəti üzrə təhvil verilib.

***

Bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.

DİN-in Mətbuat Xidmətin Redaktor.az-a  bildirilib ki, hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub.

Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.