Avtomobil velosipedçini vurub öldürdü

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın xəbərinə görə, hadisə rayonun Yeni Həyat qəsəbəsində qeydə alınıb.
Belə ki, velosipedlə hərəkətdə olan, 2000-cü il təvəllüdlü Nazim İlqar oğlu İsayevi "Hyundai" markalı minik avtomobili vurub.
Hadisə nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.