İstirahət ölümlə nəticələndi

 22:06 17.07.2022     1710

Sumqayıt şəhəri yaxınlığında Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki,  dənizdə boğulanlar 1991-ci il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və onun 7 yaşlı övladı Kərimli Nicat Əlvan oğludur.

***

Sumqayıtda ana və övladı dənizdə boğulub.

Redaktor.az xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.

Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.

Onların meyitləri sudan çıxarılıb.