Ukraynada minlərlə mülki şəxsin meyiti aşkarlandı

 21:29 17.07.2022     277

Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş 1 346 mülki sakinin meyiti tapılıb, daha 300 nəfər itkin düşüb.

Redaktor.az “İnterfaks Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov bildirib.

"Bu günə olan məlumata əsasən 1 346 nəfər həlak olub, dinc sakinlərin öldürüldüyün vurğulayıram. Onların əksəriyyəti odlu silahla öldürülüb", - o, milli telemarafonun efirində deyib.

Nebitov vurğulayıb ki, bu, yekun rəqəm deyil.

Onun sözlərinə görə, hazırda 300-ə yaxın insan itkin düşmüş hesab olunur.