Goranboyda qadın intihar etdi

 22:53 17.07.2022     1275

Goranboy rayonunda 35 yaşlı qadın intihar edib.

Redaktor.az xəbər verir ki, hadisə Boluslu kəndində qeydə alınıb. Kənd sakini, A.Nəsibova evdə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İntiharın səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.