Ağstafada qatar qadını vurub öldürdü

Ağstafa rayonunda qatar yerli sakini vuraraq öldürüb.
Redaktor.az xəbər ki, hadisə Vurğun qəsəbəsində qeydə alınıb.
Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Mətanət Əli qızı Əliyeva mal-qaranı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçirmək istəyən zaman qatar onu vurub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.