Bakıda qızın şəkillərini yayan gənc oğlan saxlanıldı

 10:54 18.07.2022     541

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən