Bakıda yaşayış binası yanır - VİDEO - YENİLƏNİB

 15:46 18.07.2022     1022

Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Yanğının görüntülərini təqdim edirik: