Bakıda 25 nəfəri gün vurub - RƏSMİ

 15:56 18.07.2022     796

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 nəfər müraciət edib.

Redaktor.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölməlrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

Z.Ədilova qeyd edib ki, onlardan 17 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib:

"Müraciət edənlərdən 19-u böyük, 6-sı uşaq olub"