Qəbələ sakini Kürdəmirdə intihar etdi

 23:01 18.07.2022     237

Kürdəmirdə intihar hadisəsi baş verib.

Redaktor.az- ən xəbərinəgörə, hadisə Qurdbayram kəndində yerləşən fermada baş verib. Qəbələ rayon sakini, 27 yaşlı Əhmədli İlkin Vəliməd oğlu özünü fermada özünü kəndirlə asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.