Bakıda ana iki azyaşlı uşağı ilə özünü binadan atdı - Uşaqlardan biri öldü

Bakıda qadın iki uşağı ilə birlikdə intihara cəhd edib.
Redaktor.az xəbər veriri ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib.
1997-ci il təvəllüdlü Aytən Abbasova qızları 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.
Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.
Hadisə yerinə iki təcili yardım briqadası çağırılıb.
İntihara cəhdin dəqiq səbəbi bilimir.
Faktla bağlı araşdırma aparılır (apa).