Goranboy sakini Bakıda oğurluğa görə saxlanıldı

 11:33 19.07.2022     712

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə iyulun 8-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqələrinin birindən 1180 manat dəyərində metal və kameranın yaddaş qurğusunun oğurlanması barədə müraciət daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon sakini O.Əliyev və Ucar rayon sakini İ.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən