Bu rayonda kütləvi zəhərlənmə - 38-i uşaqdır

 11:35 19.07.2022     231

Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə 58 nəfər xəstəxanaya müraciət edib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 41 nəfəri yetkinlik yaşına çatmayan olmaqla 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.

Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub, onlara ilkin müdaxilə edilib və evə buraxılıblar.

TƏBİB-dən isə bildirilib ki, Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə xəstəxanaya 58 nəfər müraciət edib ki, onlardan da 38 nəfəri uşaq olub:

“Müraciət edənlərin hər birinə ilkin təcili tibbi yardım göstərilib. Daha sonra onlar sonra ambulator müalicə üçün evə buraxılıblar”.

Faktla bağlı araşdırma aparılır.