Kürdəxanıda dənizdə batan AXTARILIR

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Redaktor.az FHN-ə istinadən xəbər verir.
Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.