Hadrutda baş verən yanğın söndürüldü 

 23:13 19.07.2022     462

Xocavənd rayonunun Hadrut qəsəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Rayonun Günəşli kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq, meşəlik və partlamamış sursat təhlükəsi olan ərazidə yanğının bir istiqamətdə söndürülməsi təmin edilib. Yanğının davam etdiyi digər istiqamətdə söndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.