Tofiq Yaqublu saxlanıldı - VİDEO

 13:13 20.07.2022     820

Bu gün Nazirlər Kabinetinin qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya təşkil edən müxalifət fəalı – Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkədə məlumat yayıb.

Nigar Həzi aksiyada bir sıra digər müxalifət fəallarının da saxlanıldığını bildirib.