Ağstafada baş verən avtomobil qəzasında 4 nəfər xəsarət aldı

 22:20 20.07.2022     1487

Ağstafada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, şəhərin mərkəzi ərazisində 2 avtomobil toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Elşad Tağıyev, 1996-cı il təvəllüdlü Adil Orucov, 2002-ci il təvəllüdlü Xaliq Zeynallı və 1959-cu il təvəllüdlü Fərman Xəlilov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən