Gənc qız gecə evdən çıxıb, evə qayıtmadı - FOTO

 09:56 21.07.2022     366

Yevlaxda 21 yaşlı qadın itkin düşüb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yevlax rayon sakini A.Nəbiyev Rayon Polis Şöbəsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib. Şəkildə gördüyünüz 21 yaşlı Zəhra Tağıyevanın yeri barədə məlumatı olan şəxslərdən Yevlax RPŞ-nin 022-336-45-02 nömrəsi həmçinin DİN-in "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

2