Piyadanı öldürən sürücü maşınını aşırıb qaçdı

İyulun 21-də saat 1 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Kənan Mehdixanlını vurub.
Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, o sonra avtomobili aşıraraq hadisə yerini tərk edib.
Nəticədə piyada hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.